Modern.az

Azərbaycanda ölümün ən çox qeydə alındığı RAYONLAR

Azərbaycanda ölümün ən çox qeydə alındığı RAYONLAR

Ölkə

Bu gün, 08:07

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda əhalinin hər 1000 nəfərinə 6 ölüm düşüb.

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, ölkə üzrə ən yüksək ölüm göstəricisi Qazax və Bakının Yasamal rayonlarında qeydə alınıb. Hər iki ərazidə əhalinin hər 1000 nəfərinə 8,4 ölüm düşüb.

Xızı rayonunda bu göstərici 8,2, Gədəbəydə 7,8, Goranboyda 7,7, SuraxanıŞabranda 7,5, Ağdamda 7,5, Ağstafada 7,3, Samuxda 7,3 nəfər olub.

İqtisadi rayonlar arasında ən yüksək ölüm göstəricisi Qazax-Tovuz iqtisadi rayonunda qeydə alınıb. Burada hər 1000 nəfərə 7 ölüm düşüb. Gəncə-Daşkəsən iqtisadi rayonunda göstərici 6,9, Qarabağda 6,5, Bakı şəhərində isə 6,4 təşkil edib.

Ən aşağı ölüm göstəricisi Abşeron rayonunda qeydə alınıb. Rayonda əhalinin hər 1000 nəfərinə 3,3 ölüm düşüb. KəngərliŞərur rayonlarında bu göstərici 4,5, Sədərəkdə 4,6, Biləsuvarda 4,8 olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!