Modern.az

Abşeron sakinlərinin nəzərinə: 600-dən çox mənzil təmir ediləcək

Abşeron sakinlərinin nəzərinə: 600-dən çox mənzil təmir ediləcək

Ölkə

Bu gün, 14:45

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Abşeron rayonunun Şəfəq qəsəbəsindəki yaşayış kompleksində yerləşən mənzillərin cari təmiri ilə bağlı tender elan edib.

Modern.az-ın Dövlət satınalmalarının vahid internet portalından əldə etdiyi məlumata görə, satınalma yaşayış kompleksindəki 52 bina üzrə ümumilikdə 606 mənzilin cari təmirini əhatə edir.

Tenderin ehtimal olunan qiyməti 3 milyon 402 min 790 manatdır.

Məlumat üçün qeyd edək ki, müsabiqə 21 avqust 2026-cı il saat 18:06-da elan edilib. Təkliflərin qəbulu sentyabrın 14-ü saat 17:00-da başa çatacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!