Modern.az

Bakıda evi qarət edən şəxslər qəzaya düşdü

Bakıda evi qarət edən şəxslər qəzaya düşdü

Ölkə

22 Avqust 2026, 17:41

Sabunçu rayonunda yerləşən evlərin birindən 10 min manat dəyərində məişət əşyaları naməlum şəraitdə oğurlanıb.

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. 

Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 32 yaşlı Ə.Əliyev və 34 yaşlı V.Bayramov saxlanılıblar.  Araşdırmalarla onların taladıqları məişət əşyalarını satdıqları müəyyən edilib.

Rayon ərazisində qeydə alınan digər hadisə zamanı isə zərərçəkənə məxsus 2000 manat dəyərində mopedi oğurlamaqda şübhəli bilinən N.Mursaquliyev, R.Bayramlı və E.Əliyev saxlanılıblar. Araşdırmalarla onların oğurladıqları mopedlə yol nəqliyyat hadisəsi törətdikləri də müəyyən edilib.

Qeydə alınan hadisələr üzrə araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Bakıya hücumlar artır - Türkiyə nəyi gözləyir?