Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 23-də havanın tutulub açılacağı, yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək, axşam isə mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 12-14, gündüz 15 dərəcəyə yaxın isti təşkil edəcək.
Oktyabrın 24-də havanın tutulub açılacağı, yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-13, gündüz 15 dərəcəyə yaxın isti təşkil edəcək.
Oktyabrın 25-də dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-14, gündüz 15-18 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında
Oktyabrın 23-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən şimal və şərq rayonlarında yağıntıların intensiv olacağı, gecə saatlarında yağışın yüksək dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-14, gündüz 15-18, dağlarda gecə 3-8, gündüz 8-11dərəcə isti təşkil edəcək.
Oktyabrın 24-25-də şimşək çaxacağı, arabir yağış yağacağı, oktyabrın 24-də bəzi yerlərdə intensiv olacağı, yağışın yüksək dağlıq ərazilərdə sulu qara və qara keçəcəyi ehtimal olunur. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 10-14, gündüz 15-18, dağlarda gecə 2-6, gündüz 6-9, yüksək dağlıq ərazilərdə isə gecə və gündüz 0 dərəcəyə yaxın isti gözlənilir.
Modern.az