Modern.az

ŞKTC nüfuzlu beynəlxalq qurumlarda təmsil olunur - Cavanşir Feyziyev

ŞKTC nüfuzlu beynəlxalq qurumlarda təmsil olunur - Cavanşir Feyziyev

Ölkə

Bu gün, 22:33

Zəngin tarixi irsi və mədəni müxtəlifliyi ilə seçilən Şimali Kipr Türk Respublikası bu gün Türk Dövlətləri Təşkilatı, iqtisadi əməkdaşlıq təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu beynəlxalq qurumlarda təmsil olunur.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Azərbaycan - Şimali Kipr Türk Respublikası işçi qrupunun üzvü Cavanşir Feyziyev Şimali Kipr Türk Respublikasının müstəqilliyinin 43-cü ildönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

​“Şimali Kipr Türk Respublikasının 2022-ci ildə Səmərqənd zirvə görüşündə TDT-yə müşahidəçi üzv qəbul edilməsi, sonrakı illərdə isə Şuşa və Qəbələ zirvə görüşlərində təmsil olunması Türk dünyası çərçivəsində baş tutan bütün nüfuzlu beynəlxalq tədbirlərdə Şimali Kipr Türk Respublikasının bayrağının dalğalanması Türk birliyi və həmrəyliyinin parlaq təzahürüdür”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! Türkiyəyə uçan Rusiya təyyarəsində bomba həyəcan