Modern.az

MSK sədri: “3 siyasi partiyanın namizədi yoxdur”

MSK sədri: “3 siyasi partiyanın namizədi yoxdur”

Parlament

28 Dekabr 2019, 15:14

“Azərbaycanda 2020-ci ilin fevralın 9-da təyin edilmiş parlament seçkilərində iştirakla bağlı 3 siyasi partiya namizəd irəli sürməyib”.

 

Modern.az xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib. Sədr qeyd edib ki, parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 1611 nəfər müraciət edib:

“ Onlardan 293-ü 17 siyasi partiya tərəfindən irəli sürülüb. Ancaq hələ ki, 3 siyasi partiya tərəfindən seçkilərdə iştirak etmək üçün namizədlər irəli sürülməyib. Yəqin ki, yaxın vaxtlarda həmin siyasi partiyalar da öz namizədlərini irəli sürəcəklər”.

Sizə yeni x var
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada