Modern.az

Mahir Aslanov yenidən deputatlığa namizəddir?  - DSK-dan AÇIQLAMA

Mahir Aslanov yenidən deputatlığa namizəddir?  - DSK-dan AÇIQLAMA

Parlament

6 Yanvar 2020, 10:02

Daha bir bitərəf deputat fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.

Belə ki, beşinci çağırış Milli Məclisin deputatı olmuş Mahir Aslanov seçkilərdə iştirakdan imtina edib.

 

Bu barədə Modern.az-a 96 saylı Goranboy - Naftalan seçki dairəsinin sədri Arif Abbasov məlumat verib.

 

DSK sədri budəfəki seçkilərdə Mahir Aslanovun yerinə səlahiyyətli nümayəndəsinin imzatoplama sənədlərini gətirib təhvil verməsinə də münasibət bildirib:

 

 “Mahir Aslanov deputatlığa namizədliyini irəli sürməyib.  Həmçinin, onun səlahiyyətli nümayəndəsi də sənədlərini gətirib DSK-ya verməyib. Deyilən sözlər yalandır”.

 

Arif Abbasovun sözlərinə görə, indiyə kimi 15 nəfər deputatlığa namizədliyini irəli sürüb:

 

“Yalnız 2 nəfərin deputatlığa namizədliyi qeydə alınıb”.

 

Qeyd edək ki, Mahir Aslanov dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub.

O, heç bir partiyanın üzvü deyil, bitərəfdir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı