Modern.az

Nazirlik dərmanların baha olduğunu hiss edirmi? – Deputatdan sual

Nazirlik dərmanların baha olduğunu hiss edirmi? – Deputatdan sual

Parlament

23 İyun 2023, 13:41

Səhiyyə Nazirliyi hiss edirmi ki, dərman vasitələrinin qiyməti bahadır?

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının iclasında deputat Tahir Kərimli deyib.

 

O çıxışı zamanı dərmanların qiymətindən şikayətlənib.

 

“Son zamanlar dərman vasitələrinin qiymətləri çox bahalaşıb. Səhiyyə Nazirliyi bunun üçün nələr edir? İndi biz qanun layihəsini qəbul edirik, amma qiymətlərə təsir edəcəkmi? Nazirliyin bununla bağlı çıxış yolu varmı?", - deyə deputat vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...