Modern.az

Qadağan olunmuş mallar gömrükdə 3 sutka saxlanılacaq

Qadağan olunmuş mallar gömrükdə 3 sutka saxlanılacaq

Parlament

Bu gün, 14:05

Gömrük mallarının müvəqqəti saxlanc müddəti xüsusiyyətlərindən asılı olaraq 1 aydan artıq olmayacaq, qadağan edilən mallar isə ən çox 3 sutka saxlanıla biləcək.

Modern.az xəbər verir ki, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Gömrük Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Belə ki, layihəyə əsasən, fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların müvəqqəti saxlanc anbarına yerləşdirilməsi sadələşdirilmiş bəyannamə və gömrük orqanlarının tərtib etdiyi akt əsasında həyata keçiriləcək.

Dəyişikliklərə görə, malların müvəqqəti saxlanc müddəti onların xüsusiyyətləri nəzərə alınmaqla 1 aydan çox olmayacaq. Qadağan edilən malların isə dərhal çıxarılması mümkün olmadıqda, onların saxlanma müddəti maksimum 3 sutka ilə məhdudlaşdırılır.

Eyni zamanda, müəyyən edilmiş həddən artıq gətirilən və kommersiya məqsədi daşımayan qida məhsullarının müvəqqəti saxlanc anbarında yerləşdirilməsinə icazə verilməyəcək. Bu halda həmin mallar ya geri qaytarılmalı, ya da məhv edilməlidir.

Layihədə fiziki şəxslərin malları saxlanc müddətində götürmək, geri qaytarmaq və ya dövlətin xeyrinə imtina etmək hüquqları da müəyyən edilir. Həmçinin malların saxlanmasına görə müvafiq gömrük yığımı tətbiq olunacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu