Modern.az

Avropa İttifaqı Naxçıvanla əməkdaşlığı gücləndirəcək

Avropa İttifaqı Naxçıvanla əməkdaşlığı gücləndirəcək

Təhsil

23 Fevral 2011, 13:49

Səfir Roland Kobia: “İnanırıq ki, aradakı daha güclü tərəfdaşlıq bir çox səviyyədə daha çox vədlər verə bilər”

Fevralın 21-22-də Avstriya, Belçika, Bolqarıstan, Çex Respublikası, Almaniya, Fransa, İtaliya, Latviya, Litva, Hollandiya və Avropa İttifaqı Nümayəndəliyinin səfir və nümayəndələri Naxçıvan Muxtar Respublikasına rəsmi səfər ediblər. Səfər zamanı Naxçıvanla olan əlaqələrin bütün aspektlərini müzakirə etmək, Şərq Tərəfdaşlığı kontekstində gələcək əməkdaşlıq sahələrini qiymətləndirmək və daha yaxşı qarşılıqlı anlaşmaya töhfə etmək fürsəti yaranıb. Bu haqda Avropa İttifaqı Nümayəndəliyinin yaydığı xəbərdə bildirilir.

Aİ Sədrliyi adından Səfir Roland Kobia bildirib ki, bu səfər Avropa İttifaqının Azərbaycanın bütün regionları ilə eyni qarşılıqlı əlaqələr qurmaq niyyətində olduğunu nümayiş etdirib: “İnanırıq ki, Naxçıvan və Aİ arasındakı daha güclü tərəfdaşlıq bir çox səviyyədə daha çox vədlər verə bilər. Yerli hakimiyyət dairələrindən, eləcə də vətəndaş cəmiyyəti təşkilatlarından aydın mesaj aldıq ki, bu da Avropa İttifaqını regiondakı iştirakını artırmağa çağırır. Yüksək hakimiyyət dairələri Aİ-nı əmin etdilər ki, Avropa İttifaqı və ona üzv dövlətlərin istənilən zaman Naxçıvana gələcək səfərləri hər zaman səmimiyyətlə qarşılanacaq".  

24 saatdan artıq davam edən səfər müddətində Aİ Səfirləri regionun xüsusiyyətlərini, eləcə də Ermənistanla Azərbaycan arasındakı münaqişənin mənfi təsirlərini qiymətləndiriblər. Avropa İttifaqı regionun davamlı inkişafına töhfə etmək üçün onunla daha artıq çalışmaq niyyətində olduğunu qeyd ediblər. Səfirlər Naxçıvanda ATƏT layihələrinin inkişafını alqışlamaqla yanaşı, gələcəkdə iqtisadi inkişaf, təhsil və elm sahələrində birgə əməkdaşlığın mümkünlüyünü də vurğulayıblar.

Səfər zamanı Aİ Səfirləri Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, daxili işlər naziri, ədliyyə naziri, iqtisadi inkişaf naziri, xarici işlər nazirliyinin nümayəndələri, Ombudsman, eləcə də müxtəlif sahələrdən olan Qeyri-Hökumət Təşkilatları və siyasi partiyalarla görüş keçiriblər.  
Gender, gənclik, ətraf mühit, insan hüquqları və demokratikləşmə sahələrində siyasi məsələləri və əməkdaşlığı əhatə edən mövzular zamanı Aİ-nın gələcək iştirakı ilə bağlı aktual məsələlər vurğulanıb.

F.Əliyeva

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı