Modern.az

Məleykə Abbaszadədən XƏBƏRDARLIQ: “Onlar yay imtahanlarına buraxılmayacaqlar!”  

Məleykə Abbaszadədən XƏBƏRDARLIQ: “Onlar yay imtahanlarına buraxılmayacaqlar!”   

Təhsil

22 May 2018, 16:35

“Yaz imtahanlarında  başqasının yerinə imtahan verməyə cəhd edənlər, imtahan zalına mobil telefonla daxil olmaq istəyənlər, ümumilikdə imtahan qaydalarını pozanlar yay imtahanlarına buraxılmayacaq”.
 

Modern.az-ın məlumatına görə bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə deyib.

O, abituriyentləri nizam-intizam qaydalarına əməl etməyə çağırıb.

“Təəssüf ki, abituriyentlər arasında imtahanlara məsuliyyətsiz yanaşanlar var. Nizam-intizama riayət etmək lazımdır. Bunlar vacib məsələlərdir”.

Qeyd edək ki, həm 13 may, həm də 20 may tarixində keçirlmiş qəbul imtahanlarında xəbərdarlıq edildiyinə baxmayaraq, bəzi abituriyentlər imtahana köməkçi vasitələr, o cümlədən mobil telefon gətirmiş, imtahanın gedişi zamanı köçürməyə cəhd etmiş, imtahan qaydalarına zidd hərəkətlərə yol vermişdilər. Həmin abituriyentlər imtahandan xaric olunmuş və nəticələri ləğv edilmişdi.

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır