Modern.az

Metyu Brayza Azərbaycanın Müdafiə Nazirliyinə gəldi

Metyu Brayza Azərbaycanın Müdafiə Nazirliyinə gəldi

Təhsil

30 Dekabr 2011, 13:41

Dekabrın 30-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Metyu Brayzanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görüşdə ABŞ-la Azərbaycan arasındakı hərbi əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri, bölgədə hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Səfər Əbiyev Metyu Brayzanın fəaliyyətini yüksək qiymətləndirib və bundan sonrakı işlərində ona uğurlar arzulayıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı