Modern.az

Rövnəq Abdullayevin işçilərinin maaşı artırılıb

Rövnəq Abdullayevin işçilərinin maaşı artırılıb

Təhsil

6 Yanvar 2012, 18:13

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə büdcədən maliyyələşən müəssisə və təşkilatlarda çalışan işçilərin tarif (vəzifə) maaşları 01 dekabr 2011-ci il tarixdən 10 faiz artırılıb.
Qeyd olunanlar nəzərə alınaraq, ARDNŞ əməkçilərinin rifahının yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin 14 dekabr 2011-ci il tarixli 182 saylı əmr-qərarına əsasən, 01 yanvar 2012-ci il tarixdən ARDNŞ-də işçilərin tarif (vəzifə) maaşları 10 faiz artırılıb.

Bu barədə ARSDNŞ-nin mətbuat xidmətindən məlumat verilib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı