Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə,
yanvarın 13-dən 14-nə keçən gecə Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu, bəzi yerlərdə çiskinli, gündüz isə dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 2-4 dərəcə isti, gündüz 7-11 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında yanvarın 13-dən 14-nə keçən gecə hava şəraitinin bəzi yerlərdə az yağıntılı olacağı, səhər kəsiləcəyi, gün ərzində əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 10-15 dərəcə şaxta təşkil edəcək.
Hava haqqında qısa icmalda bildirilir ki, yanvarın 14-ü gündüz, 15-də əsasən yağmursuz keçəcəyi, mülayim cənub küləyinin arabir güclənəcəyi, temperaturun ötən günlərlə müqayisədə nisbətən yüksələcəyi gözlənilir.