Modern.az

Sabahın hava şəraitilə bağlı xəbərdarlıq edildi

Sabahın hava şəraitilə bağlı xəbərdarlıq edildi

Təhsil

27 Fevral 2012, 12:48

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər yarımadanın bəzi yerlərində duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək. 
Havanın temperaturunun gecə 1-5 dərəcə isti, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir. 

Fevralın 28-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsasən dağlıq ərazilərdə arabir güclənəcək. 
Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təşkil edəcək. 
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 9-14 dərəcə şaxta olacağı gözlənilir. 

Tibbi-meteoroloji proqnoza görə, fevralın 28-29-da Abşeron yarımadasında mülayim temperatur şəraiti müsbət amil olsa da, atmosfer təzyiqinin xeyli enməsi fonunda arabir güclənən gilavar küləyi meteohəssas insanlar üçün əsasən əlverişsizdir. 

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı