Modern.az

Bakıdakı massaj salonu əxlaqsızlıq yuvasıymış

Bakıdakı massaj salonu əxlaqsızlıq yuvasıymış

Təhsil

13 Aprel 2012, 13:19

İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əxlaqsızlıq yuvası aşkarlanıb. DİN-dən verilən məlumata görə, Nərimanov rayonu ərazisindəki "Qlamour" massaj salonunda, oranın icarədarı Göyçay rayon sakini Sevanə Xəlilova əxlaqsızlıq yuvası təşkil etdiyinə görə saxlanılıb.

İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində kirayədə yaşayan Xaçmaz rayon sakini Cəmilə Qazıyevanın gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etməsi və əxlaqsızlıq yuvası təşkil etməsi də müəyyən edilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...