Modern.az

Bakıda Doğum Evi “Eurovision"a görə gücləndirilmiş rejimə keçir

Bakıda Doğum Evi “Eurovision"a görə gücləndirilmiş rejimə keçir

Təhsil

4 May 2012, 19:08

Modern.az xəbər verir ki, bir sıra səhiyyə müəssisələri mayın 12-dən - "Eurovision"ın məşqləri başlayan gündən  gücləndirilmiş iş rejimində işləyəcəklər. Səhiyyə Nazirliyinin mətbuat və informasiya şöbəsindən verilən məlumata görə, musabiqəylə əlaqədar olaraq, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Kliniki Tibbi Mərkəz, 2 saylı Şəhər Kliniki Uşaq Xəstəxanası, 5 saylı Şəhər Kliniki Xəstəxanasının Yanıq şöbəsi, 5 saylı Doğum Evi gücləndirilmiş iş rejimində çalışacaqlar. Əgər qonaqlardan xəstəliklə bağlı, muraciətlər olsa, həmin şəxslər adıçəkilən müəssisələrə aparılacaq. Bu müəssisələr üçün lazımı şərait yaradılıb.

Nihadə Eyyubova

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı