Modern.az

Tanınmış türk şairi azərbaycanlı gənclərlə görüşüb

Tanınmış türk şairi azərbaycanlı gənclərlə görüşüb

Təhsil

7 May 2012, 13:34

Türkiyənin tanınmış şairi, professor Nurullah Gənc və millət vəkili Qənirə Paşayeva gənclərlə görüşüb. ”Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin dəvəti ilə Azərbaycanda səfərdə olan Türkiyənin tanınmış şairi, professor Nurullah Gənc Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunu (GYF) ziyarət etmiş, müxtəlif universitetlərdə təhsil alan gənclər qarşısında  “Milli-mənəvi dəyərlərimizdə ədəbiyyatın rolu və gənclik” mövzusunda geniş və ətraflı məruzə ilə çıxış edibi. Daha sonra Nurullah Gənc gəncləri maraqlandıran sualları cavablandırıb. 

Görüşdə millət vəkili Qənirə Paşayeva, “Şöhrət” ordenli şair Məmməd Aslan, yazıçı-publisist Əkbər Qoşalı, Gəncliyə Yardım Fondunun rəhbərliyi iştirak ediblər.

Sonda Gəncliyə Yardım Fondunun prezidenti Əhməd Tecim Nurullah Gəncə Fond adından “Təşəkkürnamə” təqdim edib.

 

 

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı