Modern.az xəbər verir ki, iyunun 13-də 5 nəfərin ölümü ilə nəticələnən avtoqəza baş verib. Hadisə bu gün günorta saatlarında Bakı-Qazax magistralının Göygöl rayonundan keçən hissəsində qeyd alınıb.
20 BB 618 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə 10 RA 398 dövlət nömrə nişanlı “Kamaz” toqquşub. Nəticədə mikroavtobusda olan 5 nəfər dünyasını dəişib. Xeyli sayda yaralı var. Hadisə yerində FHN-nin xilasediciləri cəlb olunub. Faktla əlaqədar araşdırma aparılır.