Modern.az

Səməd Seyidova mükafat verdilər

Səməd Seyidova mükafat verdilər

Təhsil

3 Dekabr 2012, 16:03

Rumıniya diplomatiyasının 150 illiyi münasibətilə Rumıniyanın xarici işlər naziri Titus Corlatean Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidovu  Rumıniya Xarici İşlər Nazirliyinin Şərəf Diplomu ilə mükafatlandırıb.

ADU-nun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Səməd Seyidov Rumıniyanın və ümumdünya dəyərlərinin inkişafındakı xidmətinə və bu sahədə verdiyi töhvəyə görə mükafatla təltif olunur. 

Diplom dekabrın 4-də Rumıniyanını Milli Müstəqillik Günü münasibətilə təşkil olunacaq tədbirdə Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Daniel Cristian Ciobanu tərəfindən təqdim olunacaq.


Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranla Rusiya bombalanır - Ard-arda şok partlayışlar