Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) «Azərpoçt» MMC-nin rəhbərliyinin qərarı ilə Suraxanı rayon Polis İdarəsinin sabiq rəisi, polis polkovniki Etibar Qazıbəyov «Azərpoçt»da vəzifəyə təyin olunub. Bu barədə «APA-Economics»ə RİTN-dən bildirilib. Nazirlikdən verilən məlumata əsasən, E.Qazıbəyov «Azərpoçt» MMC-nin Mərkəzi Xüsusi Rabitə İdarəsi rəisinin birinci müavini vəzifəsinə təyin olunub.
Nazirlikdən həmçinin bildirilib ki, polis general-mayoru Məmməd Əsgərov da artıq 4 ilə yaxındır «Azərpoçt» MMC-nin Mərkəzi Xüsusi Rabitə İdarəsində rəis müavini vəzifəsində çalışır.