Modern.az

Bu tarixdən şagirdlərin yerdəyişməsi DAYANDIRILACAQ

Bu tarixdən şagirdlərin yerdəyişməsi DAYANDIRILACAQ

Təhsil

7 Yanvar 2022, 14:15

Yanvarın 12-də saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalı vasitəsilə sorğuların qəbulu məktəblərdə siniflərin II yarımil üçün komplektləşdirilməsi ilə bağlı müvəqqəti olaraq dayandırılacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov bildirib.

 

O qeyd edib ki, portalın fevral ayının II yarısında aktiv edilməsi planlaşdırılır: "Eyni zamanda buraxılış imtahanlarına görə XI sinif şagirdlərinin yerdəyişməsi tədris ilinin sonunadək aktiv edilməyəcək".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranda yenə müharibə başladı - Gəmilər bombardman edilir - Xəbəriniz Var? - Media Turk TV