Türkiyədə bu gün bütün diqqət Çankaya köşkünə yönəlib. Modern.az xəbər verir ki, yerli vaxtla saat 11:00-da Çankayada prezident Abdullah Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Ülkər Başbuğ arasında üçlü, çox önəmli görüş olacaq. Türk mətbuatı yazır ki, toplantıda əsas müzakirə mövzusu generalların dövlət çevrilişində ittiham olunaraq həbs olunması və onların istintaqı prosesidir. Baş Qərargahda fəaliyyətdə olan general və admiralların iştirakı ilə keçirilən fövqəladə iclas və ordudan vəziyyətin ciddi olmasına dair gələn siqnallar AKP liderlərini proseslərə daha fəal müdaxilə etməyə səfərbər edib. AKP kuluarlarında hərbçilərin son toplantısı narahatlıqla qarşılanıb və bugünkü zirvə görüşünün keçirilməsini labüd edib.
Yerli vaxtla saat 11.00-da Çankaya köşkündə Türkiyənin prezidenti Abdullah Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan və Baş Qərargah rəisi Ülkər Başbuğ arasında görüş olub. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, kritik görüş 3 saat davam edib. Görüşlə bağlı Çankaya köşkündən açıqlama verilib. Görüşdən əvvəl liderlərin fotoşəkilləri mətbuat və internet vasitəsi ilə ictimaiyyətə çatdırılıb. Türk mətbuatı Ərdoğanın Çankaya köşkünə qara diplomat və Başbuğun isə “bomond” çanta ilə gəlməsinə, eləcə də prezident Gülün hüzurunda Ərdoğan və Başbuğun üzü-üzə oturmasına diqqət çəkib. Görüşdən sonra mətbuata yazılı açıqlama verilib. Qısa açıqlamada önəmli mesajlar bildirilir. Məlumatda qeyd olunur ki, prezident Gül, baş nazir Ərdoğan və Baş Qərargah rəsi Başbuğ birlikdə görüş keçirməyi uyğun görüblür. Görüşdə son günlərdə mübahisə mövzusu olan məsələlər müzakirə olunub.
Bəyanatda bildirilir ki, “görüşdə gündəmdəki məsələlərin Ana Yasa və qanunlarımız çərçivəsində həllindən vətəndaşlarımızın əmin olmaları və bu müddətdə təşkilatlarımızın sarsılmaması üçün hər kəsin məsuliyyətlə hərəkət etməsi lazım olan məsələlər vurğulanıb”.