Modern.az

Azərbaycanın böyük dostu vəfat edib

Azərbaycanın böyük dostu vəfat edib

Təhsil

25 Fevral 2010, 12:18

Türk dünyasına ağır itki üz verib. Modern.az  türk mətbuatına istinadən xəbər verir ki, Türkiyə Rektorlar Şurasının və Bilkənd Universitetinin qurucusu, dünya şöhrətli pediatr professor İhsan Doğramaçı bu gecə  95 yaşında vəfat edib. O, ötən il noyabrın 9-dan  Hacettepe Universiteti xəstəxanasında müalicə olunurdu.    

İhsan Doğramacı 1915-ci il 3 aprel tarixində İraqın Ərbil vilayətində anadan olub. İlk ibtidai təhsilini Ərbildə alan Doğramaçı  təhsilini Beyrutda Beyrut Amerika Universiteti nəzdində İnternational College-də (1932) başa çatdırıb.  Üç il Bağdad tibb fakültəsində oxuyan Doğramaçı təhsilini İstanbul Tibb Fakultəsində bitirib. 1971-ci ildə Doğramaçı Londonda Kral Tibb Kollecində çalşıb. Doğramacı Ankara Universiteti Tibb Fakultəsində dosent (1949) və professor (1954) olub. O, Uşaq Sağlamlıq İnstitutunun, Hacəttəpə Tibb və Səhiyyə Elmləri Fakültəsinin, Hacəttəpə Universitetinin yaranmasında böyük rol oynayıb.

İhsan Doğramacı Ankara Universitetinin Rektoru (1963-1965), Şərq orta Texniki Universitetinin heyət rəhbəri (1965-1967), Hacəttəpə Universitetinin rektoru (1967-1975) olub. Sonra isə Paris Universitetinə müəllim təyin edilib.

İhsan Doğramacı bir ısra ölkələrin - Hindistan Milli Tibb Akademiyası, Fransa Tibb Elmləri Akademiyası, Amerika Pediatr Akademiyası, AMEA-nın fəxri üzvüdür. Tibb sahsində xidmətlərinə görə Doğramaçı  bir sıra ölkələrin  mükafatlarına layiq görülüb.   Dünyaınn bir sra universitetlərinin fəxri üzvü olan Doğramaçı ayrı-ayrı ölkələrin akademiya və tibb cəmiyyətlərinin üzvü olub. O pediatriya səahsində 80-dən artıq kitabın müəllifdir.  

İhsan Doğramaçı Bilkənt ətrafında atasının adına “Doğramaçızadə Ali Paşa” cami də inşa etdirib. İngilis, fransız, alman, ərəb və farsca bilən böyük alim 3 uşaq atasıydı.  

Doğramaçı bazar günü Bilkənddə dəfn olunacaq. 

  

Allah rəhmət eləsin!

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?