Modern.az

Orduya hazırlıq orta məktəbdən başlayır

Orduya hazırlıq orta məktəbdən başlayır

Təhsil

25 Fevral 2010, 17:23

Moskva merliyi gənclərin orduya hazırlanmasının xeyli dərəcədə maraqlı konsepsiyasını hazırlayıb. Modern.az xəbər verir ki,  2020-ci ilə qədər nəzərdə tutulan konsepsiya gənclərin çağırşa qədər orduya hazırlığını nəzərdə tutur. Proqram məktəblilərin illik hərbi toplantılarının keçirilməsini, məktəblərdə “Hərbi xidmətin əsasları” dərs saatlarının artırılmasını və xususi hərbi-vətənpərvərlik məzmunlu kompüter oyunlarının işlənib hazırlanmasını nəzərdə tutur.   Qeyd olunur ki, proqram çərçivəsində hərbi dərs saatları 10 faiz artırılacaq. Əsas diqqət hərbi  toplantılara ayrılacaq. Gələcək çağırışçılar, orta məktəblərin 10-11 sinif şagirdləri ildə 5 gün hərbi hissələrə göndəriləcək. Artıq bu cür hərbi hissələrin siyahısı da hazırdır. Paytaxt hakimiyyəti eyni zamanda hərbi-vətənpərvərlik mövzusunda filmlərn yaradılması, onların yayılması, hərbi-vətənpərvərlik yönlü kompüter oyunlarının işlənib hazırlanması və məktəblilər arasında yayılmasını da nəzərdə tutur.

Azərbaycanın müharibə şəraitində olduğu nəzərə alınsa, bu cür  konsepsiyanın ölkəmizdə də tətbiqi gözdən keçirilə bilər. Və bu konsepsiya gənclərimizi ucuz şou-biznes aləmindən ayırıb bizim üçün daha vacib olan sahəyə yönəldə bilər.  

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?