Modern.az

Məktəbəqədər təhsil proqramı TƏSDİQ EDİLDİ

Məktəbəqədər təhsil proqramı TƏSDİQ EDİLDİ

Təhsil

12 Aprel 2022, 12:14

Təhsil naziri Emin Əmrullayev “Məktəbəqədər təhsil proqramı (kurikulum)”nın təsdiqi barədə əmr imzalayıb.

 

Modern.az xəbər verir ki, əmrə əsasən, Təhsil Nazirliyi tərəfindən 1998-ci ildə təsdiq edilmiş “Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim proqramı” və Təhsil Nazirliyinin 10 iyul 2012-ci il tarixli 1329 nömrəli əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı (kurikulumu) (3-6 yaş)” ləğv edilib.

 

Əmrdə Təhsil İnstitutuna “Məktəbəqədər təhsil proqramı (kurikulum)”nın əsasında metodiki tövsiyələrin hazırlanması tapşırılıb.

 

Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Azərbaycan bu ölkələrə etiraz etdi - Dayandırın!