Modern.az

Akif Əlizadə: “AMEA-nın nəzdində universitet və gimnaziya yaradıla bilər”

Akif Əlizadə: “AMEA-nın nəzdində universitet və gimnaziya yaradıla bilər”

Təhsil

24 Aprel 2013, 18:53

Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində universitet və gimnaziya yaradıla bilər. Modern.az-ın məlumatına görə, bu sözləri AMEA-nın yeni prezidenti Akif Əlizadə deyib. O bu fikirləri akademyanın tərkibində magistraturanın yaradılması haqqında danışarkən bildirib.

«Bunlar hələ gələcəyin işidir. Bu məsələlər hələ öyrənilməli, təhlil edilməli, daha sonra tədricən həyata keçirilməlidir».

AMEA-nın prezidenti gənclərin elmə gəlməsindən də danışıb.

«Əgər gənclər elmə gəlməsə, elmi məktəb bərpa olunmasa, çətin ki, elmimiz inkişaf etsin. Biz gənc elmi kadrların hazırlanmasına diqqətlə yanaşmalıyıq».

Aytən Əliyeva

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı