Modern.az

Bakıda daha bir avtobus qəzası- 10 nəfər yaralandı

Bakıda daha bir avtobus qəzası- 10 nəfər yaralandı

Təhsil

8 May 2013, 18:02

Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı Metropoliteninin “Həzi Aslanov” stansiyasının yaxınlığında qeydə alınıb. 57 saylı xətt avtobusu qaldırıcı kranla toqquşub. Nəticədə avtobusda olan sərnişinlərdən bir neçəsi xəsarət alıb.

Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasından bildirilib ki, qəza nəticəsində 10-a yaxın sərnişin xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
YAP-dan Ərdoğanın partiyasına sərt etiraz - Bunu dayandırın!