“Hələ ki, büdcəyə əlavə və dəyişikliklər gözlənilmir”. Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib. O, qeyd edib ki, hökumətin büdcəyə yenidən baxması ehtimalı yoxdur: “Büdcəyə o zaman baxılır ki, nə isə dəyişikliklər olsun. Büdcənin gəlir və xərc hissəsində əlavə və dəyişikliklər edilsin. Hələlik belə bir məsələ yoxdur. Ona görə də Milli Məclisdə büdcəyə yenidən baxılması gözlənilmir”.
Gültəkin Ələsgər