Modern.az

Zəlzələdən zərərçəkən 20 şagird təhsilini Bakıda davam etdirir

Zəlzələdən zərərçəkən 20 şagird təhsilini Bakıda davam etdirir

Təhsil

28 Fevral 2023, 10:57

Türkiyədə zəlzələ bölgəsində zərərçəkən Türkiyə vətəndaşı olan şagirdlər Azərbaycanda birinci dərəcəli yaxınlarının yanına gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyindən bildirilib.

 

Qeyd edilib ki, hazırda onlardan 20 şagird Bakı Türk Anadolu Liseyində təhsil alır.

 

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada