Modern.az

Hamı reytinq istəyir, amma bir manat ayrılmır - Rektor

Hamı reytinq istəyir, amma bir manat ayrılmır - Rektor

Təhsil

13 Mart 2023, 11:48

Elmin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsində çox ciddi nöqsanlar var. Universitet elm deməkdir.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı Milli Məclisdə keçirilən ictimai dinləmədə deyib.

 

“Universitet 2011-ci ildən bir manat maliyyə almayıb. Hamı reytinq, elmi məqalələr istəyir. Amma bildirim ki, bunların hamısı maliyyə tələb edir. Bunların hamısı müəllimlərin, professorların vəsaiti hesabına olur. Heç olmasa qanun şərait yaratmalıdır ki, universitetlərə maliyyə ayrılsın”, - deyə rektor çıxışında bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mehdiyev işində kritik qərar! Harada qalacaq? Daha kimlər tutulacaq?-