Modern.az

NİDA-çı gəncin həbs müddəti artırıldı

NİDA-çı gəncin həbs müddəti artırıldı

Təhsil

22 İyun 2013, 15:14

NİDA Vətəndaş Hərəkatının üzvü Üzeyir Məmmədlinin həbs müddəti artırılıb. Bu barədə Nəsimi rayon Məhkəməsi qərar qəbul edib. Məhkəmənin qərarı ilə  Ü.Məmmədli  barəsində seçilmiş həbs-qətimkan tədbiri daha üç ay müddətinə uzadılıb.

Qeyd edək ki, “Nida” Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Ü.Məmmədliyə qarşı Cinayət Məcəlləsinin 228.3-cü (qanunsuz olaraq partlayıcı maddələr və qurğular əldə etmə, hazırlama, daşıma və gəzdirmə) maddəsi ilə ittiham irəli sürülüb.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı