Modern.az

Elşad Abdullayevdən yeni sensasion VİDEO

Elşad Abdullayevdən yeni sensasion VİDEO

Təhsil

23 İyun 2013, 11:44

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, hazırda Fransada mühacirətdə yaşayan Elşad Abdullayev yeni video yayıb. Modern.az-ın məlumatına görə, Mahir Abdullayevin Hüquqlarının Müdafiə komitəsinin təqdim etdiyi videolentdə Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin əməkdaşı İlqar Abbasovun danışıqları əksini tapıb. 18 iyun 2007-ci ildə E. Abdullayevin kabinetində  qeydə alınan videolentdə Mahir Abdullayevin işi barədə sensasion danışıqlar aparılıb.

Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsi tərəfindən yaradılan İctimai Təhqiqat Qrupu videolenti təhqiq edib. Komitədən verilən məlumata görə, videolent Baş Prokurorluğada təqdim ediləcək.

Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsi eyni zamanda bəyan edib ki, İctimai Təhqiqat Qrupu tərəfindən Mahir Abdullayevin oğurlanması ilə bağlı aparılan təhqiqatın ilkin hesabatı hazırdır və yaxın günlərdə ictimaiətə təqdim ediləcək.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı