Modern.az

Sabit Bağırov: “Səsvermədə iştirak etməyəcəm” - AÇIQLAMA

Sabit Bağırov: “Səsvermədə iştirak etməyəcəm” - AÇIQLAMA

Təhsil

25 Sentyabr 2013, 15:41

“Mən prezident seçkilərində səsvermədə iştirak etməyəcəm”. Bunu Modern.az-a açıqlamasında Dövlət Neft Şirkətinin sabiq prezidenti Sabit Bağırov deyib. O, bunun səbəblərini həmin gün Qazaxıstanın Astana şəhərində seminarda olacağı ilə əlaqələndirib.

Hazırda kimi dəstəkləmək məsələsinə gəlincə, S. Bağırov bildirib ki, qanunvericiliyin tələblərinə uyğun olaraq bunu gizli saxlayır. “Kimi dəstəkləməyim mənim öz işimdir. Mən bunu kiməsə bildirmək istəmirəm”.

  Qeyd edək ki, S. Bağırov AXC İdarə Heyətinin ilk üzvlərindən biri olub. O, 1992-1993-cü illərdə Strateji Proqramlar üzrə dövlət müşaviri və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti vəzifələrində işləyib.  

Aqşin Kərimov
 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı