Modern.az

Zəlimxan Yaqub seçkilərdə kimə səs verəcəyini açıqladı

Zəlimxan Yaqub seçkilərdə kimə səs verəcəyini açıqladı

Təhsil

25 Sentyabr 2013, 15:42


“Mənim öz ağlım, öz yolum, siyasi hadisələrə də öz münasibətim var”. Bunu Modern.az-a açıqlamasında xalq şairi Zəlimxan Yaqub deyib. “Mən həmişə demişəm və yenə də deyirəm, ölənə qədər də deyəcəyəm. Heç kəs məni öz yolumdan döndərə bilməz. Mənim yolum Heydər Əliyev yoludur, İlham Əliyev yoludur. Seçkilərdə İlham Əliyevi dəstəkləyəcəyəm. Ayrı söhbət ola bilməz. Kim nə deyir özü bilər. Səhhətim imkan versə seçki məntəqəsinə özüm gedib İlham Əliyevə səs verəcəyəm.”

Qeyd edək ki, “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədliyə qarşı təbliğat kampaniyası gedir. Bu kampaniyada əslən Borçalıdan olan adamların adı hallandırılır. Buna səbəb Z. Məmmədlinin Borçalıdan olan ziyalıların prezident seçkisində Milli Şura namizədi Cəmil Həsənlini dəstəkləyəcəyini bəyan etməsi olub.

Namidə BİNGÖL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı