Modern.az

Rövnəq Abdullayevin işçisi özünü asdı

Rövnəq Abdullayevin işçisi özünü asdı

Təhsil

26 Sentyabr 2013, 12:51

Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) intihar hadisəsi baş verib. Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün şirkətin “Azneft” dairəsində yerləşən baş ofisində qeydə alınıb. ARDNŞ-in sosial inkişaf idarəsinin təsərrüfat işçisi Kamran Seyidov baş ofisin binasında təsərrüfat işləri ilə məşğul olarkən otaqlardan birinə daxil olaraq orada özünü asıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları gedib. Mərhumun meyiti müayinə edilmək üçün ekspertizaya göndərilib. Onun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.

Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

ARDNŞ-nin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev faktı təsdiqləyib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı