Modern.az

İqbal Ağazadənin MSK üzvünə “gücü çatmır”

İqbal Ağazadənin MSK üzvünə “gücü çatmır”

Təhsil

18 Oktyabr 2013, 12:14


“Seçki Məcəlləsinə görə partiyanın Mərkəzi Seçki Komissiyasındakı nümayəndəsini geri çağırmağa hüququ yoxdur”. Bunu Modern.az-a açıqlamasında Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə deyib. O, partiyanın MSK-dakı nümayəndəsi Akif Qurbanovun prezident seçkilərinin yekun protokoluna imza atmamağını onun öz mövqeyi olduğunu bildirib. “Hər bir şəxs MSK-da öz fikirlərini ifadə edir. Buna görə partiyanın MSK-dakı nümayəndəsi niyə görə təzyiqə məruz qalmalıdır ki?”

Deputat vurğulayıb ki, partiyaya qanunvericiliyə müvafiq olaraq məsələ ilə bağlı heç bir səlahiyyət də verilməyib. İ. Ağazadə onu da qeyd edib ki, partiya MSK-ya nümayəndə təqdim edən andan həmin şəxs qanuna uyğun olaraq üzvlükdən imtina edir. “Bur daha qeyd edim ki, Akif Qurbanov Ümid partiyasının göndərdiyi nümayəndə olsa da, o, MSK-da öz mövqeyini ifadə edir”.

Xatırladaq ki, Akif Qurbanov MSK-nın ötən gün keçirilən iclasında prezident seçkilərinin nəticələri ilə bağlı  yekun protokola imza atmayıb.

Aqşin Kərimov

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı