Modern.az

Rusiyada öldürülən azərbaycanlının meyiti Şamaxıya gətirilir

Rusiyada öldürülən azərbaycanlının meyiti Şamaxıya gətirilir

Təhsil

18 Oktyabr 2013, 12:21

Bir neçə gün öncə Rusiyada qətlə yetirilən Ruslan Qaraxanlının meyiti bu gün Azərbaycana gətiriləcək. Modern.az-ın əldə etdiyi məlumata görə, mərhumun cənazəsi doğulduğu Şamaxı rayonunda yaşayan qohumlarına bu gün axşam saatlarında təhvil veriləcək.

Xatırladaq ki, oktyabrın 16-da Rusiya paytaxtında Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilib. Aparılan araşdırmalar zamanı məlum olub ki, qətlə yetirilən şəxs Azərbaycan vətəndaşı, 1986-cı il təvəllüdlü Ruslan Arif oğlu Qaraxanlıdır. Onun küt alətlə döyüldüyü, daha sonra isə kəsici alətlə bədəninin müxtəlif yerlərinə zərbələr endirilməklə qətlə yetirildiyi bildirilib. Həmyerlimizi qətlə yetirənin kimliyi isə hələ də aşkar olunmayıb.

Aqşin Kərimov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı