Modern.az

Konstitusiya Məhkəməsi sabah prezident seçkisinin nəticəsinə baxacaq

Konstitusiya Məhkəməsi sabah prezident seçkisinin nəticəsinə baxacaq

Təhsil

18 Oktyabr 2013, 12:40


Azərbaycan Konstitusiya Məhkəməsi Mərkəzi Seçki Komissiyasının (MSK) okytyabrın 9-da keçirilən prezident seçkilərinin yekunu barədə protokolunun təsdiq olunmasına oktyabrın 19-da baxacaq. Bu barədə Trend-ə Konstitusiya Məhkəməsindən bildirilib.

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası (MSK) dünənki iclasında oktyabrın 9-da keçirilmiş prezident seçkilərinə yekun vurub.

Trend-in məlumatına görə, Seçki Məcəlləsinin 108-ci və 203-cü maddələrinin tələblərinə əsasən, MSK-nın seçkilərin nəticələri üzrə protokolu tərtib edilərək komissiya üzvləri tərəfindən imzalanıb.

Sonra protokol təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə göndərilib.

Qeyd edək ki, oktyabrın 9-da keçirilmiş prezident seçkilərində Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 84,54 faiz (3 126 113 seçici) səs toplayaraq böyük üstünlüklə qalib gəlib.

Digər namizədlərin səsləri isə belədir:

Cəmil Həsənli - 5,53% (204 642 səs)
İqbal Ağazadə - 2,40% (88 723 səs)
Qüdrət Həsənquliyev - 1,99% (73 702 səs)
Zahid Oruc - 1,46% (53 839 səs)
İlyas İsmayılov - 1,07% (39 722 səs)
Araz Əlizadə - 0,87% (32 069 səs)
Fərəc Quliyev - 0,86% (31 926 səs)
Hafiz Hacıyev - 0,66% (24 461 səs)
Sərdar Məmmədov - 0,61% (22 773 səs)

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı