Modern.az

“Dövlətqaçqınkom” Bakıdakı köçkünlərin mənzil məsələsi barədə məlumat yaydı

“Dövlətqaçqınkom” Bakıdakı köçkünlərin mənzil məsələsi barədə məlumat yaydı

Təhsil

18 Oktyabr 2013, 13:34

Modern.az xəbər verir ki, “Dövlətqaçqınkom”un mətbuat xidməti Bakı şəhəri və Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin mənzil problemləri ilə bağlı daxil olan müraciətlərə dair məlumat yayıb.

Məlumatda bildirilir ki, 2003-2013-cü illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 37,0 min ailə və ya 166 min nəfərdən çox məcburi köçkün üçün 2,2 milyon kvadrat metr sahəsi olan 61 qəsəbə və fərdi evlər inşa edilib, 120 məktəb, 6 musiqi məktəbi, 33 uşaq bağçası, 37 tibb müəssisəsi, 34 klub-icma mərkəzi, 28 rabitə evi tikilib, 490,6 kilometr yol, 644,0 kilometr su,  1059,0 kilometr hava elektrik, 310,0 kilometr qaz, 75,5 kilometr kanalizasiya, 20 kilometr istilik xətləri çəkilib, 581 müxtəlif gücə malik olan elektrik transformatoru quraşdırılıb.

Ümumiyyətlə, 2001-2013-cü illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 2,5 milyon kvadrat metr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 82 müasir qəsəbə salınmış, 40 min ailə 180 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.

““Dövlətqaçqınkom”un mətbuat xidməti olaraq Bakı şəhəri və Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin nəzərinə çatdırırıq ki, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi və Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış yeni çoxmərtəbəli yaşayış binaları kompleksinə Bakı şəhəri ərazisində ağır şəraitdə yaşayan məcburi köçkünlərin köçürülməsi başa çatdırılıb.
Bakı şəhəri və Abşeron rayonu ərazisində yaşayan məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün “Dövlətqaçqınkom” tərəfindən müvafiq tədbirlər görülür. Abşeron rayonunun Qobu bələdiyyəsi ərazisində ilkin mərhələdə 8000 ailənin məskunlaşdırılması üçün 2014-cü ildə həmin ərazidə layihələndirmə işlərinə başlanılacaq, 2015-ci ildə yaşayış kompleksinin texniki infrastrukturunun (mühəndis hazırlıq işləri, su, işıq, qaz, istilik sistemi və.s) qurulması və 2016-cı ildə isə mənzillərin tikintisi başa çatdırlaraq məcburi köçkünlərin həmin əraziyə köçürülməsi prosesinə başlanılacaq”.

Aytən ƏLİYEVA

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı