Modern.az

Orxan Zeynalovun atası: “Mənim Moskvaya getməyimə ehtiyac yoxdur”

Orxan Zeynalovun atası: “Mənim Moskvaya getməyimə ehtiyac yoxdur”

Təhsil

18 Oktyabr 2013, 14:18


“Orxan Astarada, sərhəd qoşunlarında xidmət edib. Amma onun xüsusi təyinatlı dəstədə olub-olmadığını bilmirəm”. Bunu Modern.az-a Moskva sakini Yeqor Şerbakovun qətlində təqsirləndirilərək həbs olunmuş Orxan Zeynalovun Zahid Zeynalov bildirib. 

Qeyd edək ki, O. Zeynalovun saxlanılmasına xeyli sayda xüsusi təyinatlı cəlb edilib. Bundan başqa, əməliyyat zamanı ona qarşı xüsusi amansızlıqla yanaşılıb. Rusiya DİN-in Şəxsiyyət əleyhinə cinayətlərlə mübarizənin təşkilinə dair İdarənin rəisi Aleksandr Bınenko bildirib ki, O. Zeynalovun silahlı olması güman olunub. Rusiyada nəşr edilən “İzvestiya” qəzeti O. Zeynalovun saxlanılmasındakı zorakılığı onun əvvəllər Azərbaycan Sərhəd Qoşunlarının xüsusi təyinatlı dəstəsində xidmət etməsi ilə əlaqələndirib. Orxan Zeynalovun həbsində yol verilmiş qanun pozuntularına görə Azərbaycan tərəfinin gördüyü işlərdən razılığını bildirən Zahid Zeynalov öldürülmüş Y.Şerbakovun ailəsindən artıq üzr istədiyini xatırladıb.

“Mənim Moskvaya getməyimə ehtiyac yoxdur. Rəsmilər sağ olsun, bütün lazımi tədbirləri görürlər. Nə sözüm varsa, hamısını demişəm”.

Qeyd edək ki, bu, Orxan Zeynalov üçün ilk həbsolunma deyil. Rus mətbuatının yazdığına görə, soydaşımız 2011-ci ildə idarə etdiyi maşınla qəza törədib. İki nəfərin xəsarət alması ilə nəticələnən qəzaya görə Orxan Zeynalov Moskvanın Naqatinsk məhkəməsi tərəfindən 1 il müddətinə azadlıqdan məhrum olunub. Kaluqa vilayətindəki həbsxanalardan birində cəza çəkən Zeynalov bu müddət ərzində daxili qaydaları pozduğuna görə həbsxana rəhbərliyi tərəfindən 16 dəfə xəbərdarlıq alıb. Qəzadan bir neçə ay əvvəl maşını sənədsiz idarə etdiyinə görə azərbaycanlı 10 sutka həbs cəzası alıbmış. Onu sürücülük hüququndan da məhrum ediblər.  

Gültəkin ƏLƏSGƏR

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı