Modern.az

Azərbaycan hökuməti siyasi partiyalara ayıracağı pulun miqdarını artırır

Azərbaycan hökuməti siyasi partiyalara ayıracağı pulun miqdarını artırır

Təhsil

18 Oktyabr 2013, 14:28

Hökumət Azərbaycan hökuməti 2014-cü ilin dövlət büdcəsində siyasi partiyaların maliyyələşdirilməsi məqsədi ilə nəzərdə tutulan vəsaiti 3,7% artıracaq. Modern.az saytının məlumatına görə, bu barədə Azərbaycan Respublikasının 2014-cü il üçün dövlət büdcəsinin layihəsində bildirilib.

Qeyd edək ki, siyasi partiyalara dövlət büdcəsindən maliyyələşdirilməsinə 2012-ci ildə başlanıb.

Xatırladaq ki, siyasi partiyalara 2013-cü il dövlət büdcəsindən 2,5 milyon manat pul ayrılmışdı.  “Siyasi partiyalar haqqında” Qanunun 17-1-ci maddəsinə əsasən siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür. Vəsaitin 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür.  

Ölkə Prezidentinin 2012-ci il 8 may tarixli 625 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən, siyasi partiyalara dövlət büdcəsindən ayrılmış vəsaitin siyasi partiyalar arasında bölgüsü onların müvafiq bank hesablarına köçürülməsinin təmin edilməsi Maliyyə Nazirliyinə tapşırılıb. 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı