
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Yeqor Serbakovun ölümündə təqsirləndirilərək şübhəli şəxs kimi həbs edilən Orxan Zeynalovla əlaqədar Rusiya Federasiyası Ictimai Palatasının sədri Yevgeni Velixova məktub göndərib.
Modern.az-ın məlumatına görə, məktubda şura sədrinin baş vermiş hadisəyə görə təəssüf hissi keçirdiyi və mərhumun ailəsinə baş sağlığı verdiyi qeyd edilib.
Bununla yanaşı, məktubda məişət zəminində baş vermiş bu hadisənin milli müstəviyə cıxarılmasından, Orxan Zeynalovun hüquqlarının kobud şəkildə pozulmasından və zorakılıga məruz qalmasından ciddi narahatlıq ifadə olunub. Millət vəkili Azay Quliyev rusiyali həmkarı akademik Velixovdan Şura ilə İctimai Palata arasında imzalanmış memorandumun 2.1.8-ci bəndinə əsasən, bu məsələyə müdaxilə etmələrini və yaranmış narahatlığı aradan qaldırmaq üçün müvafiq tədbir görməsini xahiş edib.
Modern.az