Modern.az

Milli Şura mitinqin tarixini dəyişdi

Milli Şura mitinqin tarixini dəyişdi

Təhsil

18 Oktyabr 2013, 18:36


Milli Şura oktyabrın 27-də prezident seçkisinin nəticələrinə etiraz olaraq aksiya keçirmək üçün Bakı meriyasına müraciət göndərib.

Bu haqda "Azadlıq" radiosuna Milli Şuranın təmsilçisi Gülağa Aslanlı məlumat verib.

Oktyabrın 20-ə planlaşdırılmış aksiyanın baş tutub-tutmayacağı haqqında isə Gülağa Aslanlı deyib ki, «böyük ehtimalla keçirilməyə bilər». 

Oktyabrın 17-də Bakı şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinqlə bağlı müraciətinin onlara çatmadığını bildirib.

Milli Şuranın mətbuat xidməti isə müraciətin mətnini və meriyaya göndərilən müraciətin poçt qəbzini yayıb.

Qəbzdə meriyaya oktyabrın 14-də müraciət göndərildiyi bildirilir. 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı