Modern.az

İlham Əliyev Gürcüstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Gürcüstanın yeni prezidentini təbrik etdi

Təhsil

29 Oktyabr 2013, 11:29

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın yeni seçilmiş Prezidenti Georgi Marqvelaşvilini təbrik edib.

Təbrikdə deyilir: "Hörmətli cənab Marqvelaşvili, Gürcüstan Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Azərbaycan ilə Gürcüstan arasında tarixən təşəkkül tapmış mehriban qonşuluq və dostluq münasibətlərinin genişlənməsi və əməkdaşlığımızın hərtərəfli inkişafı məmnunluq doğurur.
Əminəm ki, ölkələrimiz arasındakı bu ənənəvi dostluq və mehriban qonşuluq münasibətləri, strateji tərəfdaşlığımız və çoxşaxəli əməkdaşlığımız xalqlarımızın və ölkələrimizin rifahı, regionda sülh, sabitlik və tərəqqi naminə bundan sonra da hərtərəfli inkişaf edəcək və möhkəmlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".

  Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı