“Kaliforniya Ştatı Senatının Dağlıq Qarabağa dair qətnaməsi ABŞ-ın xarici siyasətini əks etmir”. Bu, ABŞ-ın Azərbaycandakı səfirliyinin bəyanatında qeyd olunur.
Səfirlikdən Modern.az saytına verilən məlumata görə, son mətbuat hesabatında Kaliforniya Ştatı Senatının Dağlıq Qarabağa dair qətnaməsi hallanır.
“Birləşmiş Ştatların xarici siyasəti federal hökumət tərəfindən müəyyənləşdirilir. Ştatlar öz fikirlərini bildirməkdə azaddırlar, lakin onların rəyi milli xarici siyasəti təmsil etmir.
Kaliforniya Ştatının Senatı tərəfindən Dağlıq Qarabağa dair qəbul edilən qətnamə bir qanunvericilik orqanının bildirdiyi rəydir və bu rəy ABŞ-ın məsələyə dair xarici siyasətini dəyişmir”.
Məltəm Talıbzadə