Modern.az

“Kaliforniya ermənilərinin məqsədi ABŞ-ı Qarabağ münaqişəsinin həllindən uzaqlaşdırmaqdır”

“Kaliforniya ermənilərinin məqsədi ABŞ-ı Qarabağ münaqişəsinin həllindən uzaqlaşdırmaqdır”

Təhsil

28 Avqust 2014, 14:25


Əhalisinin sayına görə ABŞ-ın ən böyük ştatı olan Kaliforniya qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanıyıb. Hətta ştatın Senatı bununla bağlı müvafiq qətnamə də qəbul edib. Qətnamədə ABŞ Konqresi və prezidentinə də qərarı dəstəkləmək çağırışı yer alıb. 
Milli  Məclisin deputatı, Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə Modern.az-a açıqlamasında bu addımı erməni təxribatı adlandırıb:

“Kaliforniyada yaşayan çox güclü, zəngin, siyasi cəhətdən fəal erməni diasporunun belə bir sənədi ştatın Senatından keçirməkdə bir məqsədi var idi. O da Azərbaycan- Amerika münasibətlərinə xələl gətirməkdən ibarətdir. Söhbət ondan gedir ki, bu sənədin heç bir hüquqi əsası yoxdur. Çünki Amerika Konstitusiyasına görə xarici siyasəti federal Senat, federal Konqres səviyyəsində ölkənin ştatlarının beynəlxalq münasibətlərə müdaxilə etmək hüququ yoxdur. Belə addımın əsas məqsədi erməni diasporunun son illərdə böyük bir artımı var. Əvvəllər Kaliforniyada yaşayan ermənilər Ermənistandan deyildilər. Lakin son illər yüz minlərlə erməni vətəndaşı Kaliforniyaya köçüb. Bir növ Ermənistan müstəqilliyini itirmiş forpost rolunu oynayır. İndi də onların məqsədi keçmiş sovet ölkələri ilə münasibətlərə xələl gətirməkdir. Bu sənədin də əsas məqsədi təkcə Azərbaycana zərbə vurmaq, təkcə türk nifrətindən irəli gələn addım deyil. Eyni zamanda, ABŞ-nın dövlət  milli maraqlarına da zərbə endirirlər”.

Qondarma “Dağlıq Qarabağ  Respublikası”nın ATƏT-in Minsk Qrupuna daxil olan dövlətin ən böyük ştatında tanınmasına gəlincə, Mollazadə deyib:
“Birləşmiş Ştatları Minsk Qrupundan, münaqişənin həllindən uzaqlaşdırmaq, Amerika-Azərbaycan münasibətlərinə xələl gətirmək bu sənədin arxasında duran əsas məqsəddir. Azərbaycanda çox gözəl anlayırlar ki, Kaliforniyada yaşayan erməni təşkilatları Azərbaycana qarşı bir sıra sənədləri qəbul etdirməyə nail olublar. Siyasi cəhətdən fəaldırlar, ABŞ-ın demokratikliyindən istifadə edərək, belə addımlar atıblar. Bir faktı qeyd edim ki, erməni diasporunun hər addımı Amerikanın milli maraqlarına ziddir və tamamilə başqa dövlətlərin maraqlarına xidmət edir”.

Namidə BİNGÖL  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı