Modern.az

Nüşabə Sadıxlı Müsavatın başqanlığına namizəd ola bilər

Nüşabə Sadıxlı Müsavatın başqanlığına namizəd ola bilər

Təhsil

28 Avqust 2014, 14:30

“Məzuniyyətim başa çatmayıb. Növbəti həftədən işə çıxacağam. Ona görə Müsavat Partiyasında qurultayqabağı cərəyan edən proseslər barədə  dəqiq  nəsə deyə bilmərəm”. Bunu Modern.az-a Müsavat Partiyası Divanının üzvü, professor Nüşabə Sadıxlı deyib.

Müsavatın başqanlığına namizədliyini irəli sürməsinə gəlincə, Sadıxlının sözlərinə görə, namizəd olmaq haqqında heç kimə bir söz deməyib: “Sadəcə olaraq, öncədən belə bir ifadə işlətmişəm ki, prosesləri izləyəcəm.  Hiss eləsəm ki, mənim başqanlığa namizədliyimi irəli sürməyə ehtiyac var, onda namizəd olacam. Əks təqdirdə namizədliyimi verməyəcəm”.

Qeyd edək ki, Müsavat Partiyasının növbəti qurultayı sentyabr ayının axırlarında keçirilməlidir. Bu gündən başqanlığa iddialılar namizədliklərini irəli sürməyə başlayıblar. İndiki başqan İsa Qəmbərin yerinə əsas iddialılar Müsavatın Divan üzvləri  Tural Abbaslı, iqtisadçı-ekspert  Qubad İbadoğlu, partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı və başqanın keçmiş müşaviri Səxavət Əlisoydur.

Namidə BİNGÖL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı