Modern.az

İdmançılarımız olimpiyadada 5 qızıl, 6 gümüş və 1 bürünc medal qazandı

İdmançılarımız olimpiyadada 5 qızıl, 6 gümüş və 1 bürünc medal qazandı

Təhsil

28 Avqust 2014, 16:52


Çinin Nancinq şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya oyunlarında Azərbaycan idmançıları möhtəşəm nəticə göstəriblər.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə,  29 idman növü üzrə keçirilmiş yarışlarda 204 ölkədən 3888 idmançı iştirak edirdi. Azərbaycan 9 idman növündən (avarçəkmə, cüdo, taekvando, boks, sərbəst güləş/yunan–roma güləşi, üzgüçülük, atletika, kamandan oxatma, güllə atıcılığı) 5 qızıl, 6 gümüş və 1 bürünc medalla 204 iştirakçı ölkə arasında və medal qazana bilmiş 86 ölkə arasında 10-cü yeri tutub. Qazanılmış medalların sayına görə (12 medal) Azərbaycan 14-cü yeri tutub.  Avropa ölkələri arasında 6-cı, MDB-də Rusiya və Ukraynadan sonra 3-cü, İslam və Qafqaz ölkələri arasında 1-ci yerdədir.

21 idmançıdan 12 idmançı medalla vətənə qayıdır.

Qızıl medal alan idmançılar:

1.      Səid Quliyev (73 kq)- taekvando

2.      İslambek Dadov (69 kq)- yunan roma

3.      Rüfət Hüseynov (49 kq)- boks

4.      Teymur Məmmədov (63 kq)– sərbəst güləş

5.      İqbal Hacızadə (100 kq)- sərbəst güləş

Gümüş medal:

1.    Leyla Əliyeva (44 kq)- cüdo

2.    Natiq Qurbanlı (55 kq)- cüdo

3.    Ceren Ozbek (44 kq)- Taekvando

4.    Baris Yotov - avarçəkmə ( 1 nəfərlik qayıq)

5.    Cabbar Nəcəfov (50 kq)- yunan roma güləşi

6.    Leyla Qurbanova (52 kq)- qadın güləşi

Bürünc:

Nazim Babayev- atletika (3 təkanla tullanma)

Sinqapurda Yeniyetmələrin I Yay Olimpiya oyunlarına nəzər salsaq bu oyunlarda Azərbaycan 5 idman növündə (ağır atletika, güləş, boks, cüdo, avarçəkmə)  12 nəfərdən ibarət komanda ilə iştirak etmişdir.  Nəticədə 3 idman növündə (ağır atletika, güləş, boks) 5 qızıl və 3 gümüş medal qazanaraq komanda hesabında 204 ölkə arasında 11-cü yeri tutmuşdur. Eyni zamanda Azərbaycan iştirakçıların sayına görə ən yaxşı nəticə göstərən 2-ci ölkə olmuş, ümumi hesabda İslam dövlətləri arasında 1-ci, Avropada 6-cı, MDB ölkələri arasında 3-cü yeri tutub.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı