Cümhuriyyət Xalq Partiyasının lideri (CHP) Kamal Kılıçdaroğlu Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etməyib.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Cümhuriyyət Xalq və Milliyyətçi Hərəkat partiyalarının vahid namizədi olan Ekmeleddin İhsanoğlu da inaqurasiya mərasiminə qatılmayıb.
Prezidentliyə digər namizəd Xalqların Demokratik Partiyasının rəhbəri Selahattin Demirtaş isə andiçmə mərasiminə qatılıb. Bundan başqa, mərasimdə Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Bağçalı, bu partiyadan olan millət vəkilləri iştirak ediblər.
Modern.az